“Həkimlər dedi ki, 2 il ömrü qalıb” - Namiq Qaraçuxurlu
"Ağır xəstəlik idi, bilirdik ki, anamı itirəcəyik. Anamın ilk əməliyyatında həkim dedi ki, 2 il ömrü var. Ancaq həkim nə qədər verdi, verdi. Ondan sonra 3 il 3 ay yaşadı. O ərəfədə sürünürdüm, amma bilirdim işləməliyəm, yük çiynimdədir".
Bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu ""İncə səhər" verilişində deyib. Sənətçi xərçəng xəstəliyindən əziyyət çəkən anasının vəfatından danışıb:
"Əhvalım pis olanda kiməsə göstərməmişəm. Anam dünyasını dəyişəndə də danışmadım. İçimdə çəkdim, qapalı adamam. İstədim gedim xaricə istirahət edim, beynim açılsın. Gələn kimi dostum Xəyyam (meyxanaçı Xəyyam Əhmədli - red.) vəfat etdi. Bu da bir zərbə oldu.
Toparlana bilmirdim, səhhətimdə pis şeylər oldu. Başqa müğənnilərin heç nə vecinə deyil. Amma mənim imicim elədir ki, cəmiyyətin ismarışını eşidənəm. Deyirlər, bunu etmə, olmaz. Gördüm qalxa bilmirəm. El şənliklərinə getmirdim, beh verilirdi, qaytarırdım. Sonra gördüm alınmır, qalxdım, indi yaxşıyam".
N.Qaraçuxurlu səhhətindəki problemdən danışıb:
"Başımda problem yarandı, Ağrılar olurdu, başım fırlanırdı. Bir də ürəyimdə ağrılar yarandı. Psixologiyam və iradəm güclüdür, qarşısını aldım"./axşam.az
Tehsil-press.az
- Baxış: 282
Xəbərin tarixi: 05.03.2025 / 13:10
-
Oxşar xəbərlər
"Tərlan dedi, ata, yox - Dedim, mən yaşamaq istəyirəm"
20 dəqiqə ürəyi dayanan, əməliyyat pulu hazır olan gün ölən Xəyyam kim idi? ...
"Ən böyük səhvimdir, qaldım həkimlərdə"
Aşiq Namiq atasının ölümündə onu ittiham etdi: Şok açıqlama
Ramil Səfərov vəziyyəti ağır olan meyxanaçını ziyarət etdi
Namiq Qaraçuxurluya ağır itki
Tanınmış meyxanaçıdan ÜZÜCÜ XƏBƏR
"Nə maşın sürürdüm, gedib alırdı, eləsin götürdüm ki, çata bilmir" - VİDE ...
“Həkimlər Rasim Balayevə üç həftə vaxt qoyub”
Cavan Zeynallının xanımının ölümünə səbəb ilbiz olub?
Namiq Qaraçuxurlu Yeni ili bu ölkədə qarşıladı
Aydın Xırdalanlı vəfat etdi
Nadir nikahdankənar oğlundan danışdı - “Cavanlıq səhvim idi”
"8 Martda həyatımın ən pis xəbərini aldım, həkim ağır xərçəng diaqnozu qoy ...
MEYXANAÇI NAMİQ: "Aygünə Oksana ilə xəyanət etməmişəm, ancaq onu bağışlama ...