
Baş Prokurorluqdan verilən məlumata görə, Bakı şəhəri Xəzər rayon prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Ramil Məmmədovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
Ramil Məmmədov Gürcüstanın ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə bugün Azərbaycana gətirilib.
Tehsil-press.az