Baş Prokurorluqdan Ağstafadakı güllələnmə ilə bağlı açıqlama

Baş Prokurorluqdan Ağstafadakı güllələnmə ilə bağlı açıqlama Ağstafada baş verən güllələnmə ilə bağlı cinayət işi başlanılıb. Bu barədə “Qafqazinfo”ya açıqlamasında Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.
O bildirib ki, oktyabrın 31-i Ağstafa rayonu ərazisində Yusif Əlləzov və Qalib Məmmədovun odlu silahdan açılan atəş nəticəsində aldıqları xəsarətlə müalicə müəssisəsinə yerləşdirilmələri faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.
K. Zeynalov qeyd edib ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib:
“İlkin istintaqla hadisənin 1989-cu il təvəllüdlü Ağstafa rayon sakini Sərxan Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində odlu silahdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib. S.Məmmədov artıq istintaqa cəlb olunub. Hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, eləcə də iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

Tehsil-press.az

Oxşar xəbərlər