.jpg)
Tədbir Azərbaycan Milli Konservatoriyasının himn komandası və iştirakçılarının Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməsi ilə başlayıb.
Tədbirin açılış nitqini BAAU-nun rektoru, dos. Səyavuş Qasımov və BAAK-ın direktor müavini Paşa Məmmədov bayram münasibətilə çıxış edərək iştirakçıları Novruz bayramı münasibətilə təbrik ediblər.
Rektor S.Qasımov çıxışında Novruzun təkcə fəsillərin dəyişməsi deyil, həm də yenilənmə, birlik və ümidin simvolu olduğunu vurğulayaraq, bu bayramın minilliklər boyu Azərbaycan xalqının həyatının ayrılmaz hissəsi olduğunu bildirib. O, Novruzun milli kimliyimizin əsas dəyərlərini qoruyaraq insanları bir araya gətirdiyini, gənclərin özünü inkişaf etdirməsi, bilik və bacarıqlar əldə edərək cəmiyyətə töhfə verməsi baxımından da böyük əhəmiyyət daşıdığını qeyd edib. Gənclərə inamını ifadə edən rektor onların peşəkar bilik və bacarıqlarla dövlətin inkişafına öz töhfələrini verəcəyinə əminliyini bildirib.
P.Məmmədov Novruzun dövlət müstəqilliyimizdən sonra rəsmi status almış əlamətdar bayramlardan biri olduğunu qeyd edərək, onun təkcə təbiətin oyanışı deyil, həm də birlik və həmrəyliyin təntənəsi olduğunu vurğulayıb. O, bu əlamətdar gündə vətən uğrunda canlarını fəda etmiş şəhidlərin anıldığını, onların ruhlarının ehtiramla yad edildiyini bildirib və iştirakçılara ailə səadəti, bol ruzi arzulayıb.
Daha sonra festival çərçivəsində Novruzun əsas rəmzlərindən biri olan bayram tonqalı yandırılıb. Tələbələr tonqal ətrafında toplaşaraq Novruzun gəlişini rəqs və alqışlarla qeyd ediblər.
Tədbir bədii hissə ilə davam edib. Bədii hissədə Azərbaycan Milli Konservatoriyasının tələbələrinin ifasında milli musiqilər səsləndirilib, BAAU-nun rəqs qrupu milli ruhda rəqslər nümayiş etdiriblər. Novruzun sevimli obrazları Kosa və Keçəl tədbirdə iştirak edərək maraqlı səhnəcikləri ilə tədbirə rəng qatıblar.
Tehsil-press.az