Zakir Həsənov iki naziri Qəbələyə dəvət etdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvətilə mayın 14-də Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyənin Milli Müdafiə naziri İsmət Yılmazın Azərbaycana rəsmi səfəri planlaşdırılır.
Tehsil-press.az xəbər verir ki, səfər çərçivəsində Qəbələ şəhərində nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar nəzərdə tutulub. Müdafiə nazirlərinin Qəbələ şəhərinə səfəri mayın 15-dək davam edəcək.Tehsil-press.az
- Baxış: 6474
Xəbərin tarixi: 13.05.2016 / 13:04
-
Oxşar xəbərlər