Siqaret çəkənlər üçün RESEPT - Ağciyəri bu yolla təmizləmək olar

Siqaret çəkənlər üçün RESEPT - Ağciyəri bu yolla təmizləmək olar Siqaret çəkib çəkməməyindən asılı olmayaraq, insan ağciyərini daim qorumalıdır. Ən əvvəl siqaret çəkənlərin ağciyərinə diqqət edək. Siqaret ağciyərdə astma, bronxit və müxtəlif növ xəstəliklər yaradır. Xoşbəxtlikdən bunu aradan qaldırmaq üçün bir çox təbii vasitələr mövcuddur. Bu təbii vasitələrdən birini sizə təqdim edirik.
İnqrediyentlər:
. qoz boyda zəncəfil
. 400 qr sarımsaq (təmizlənib 4 yerə bölünmüş)
. 400 qr şəkər (yaxşı olar ki, qəhvəyi şəkər olsun)
Hazırlanması:

Qazana su tökülür, odun üzərinə qoyulur, üzərinə şəkər əlavə edilir. Qaynayanda sarımsaq, rəndədən keçirilmiş zəncəfil və sarıkök əlavə olunur. Yenidən qaynamasını gözləmək lazımıdır. Sonra odun üzərindən götürülür, soyudulur və soyuducuda saxlanılır.
Necə istifadə olunmalı?
Hər səhər və axşam yeməkdən sonra 2x.q içilir.
Həmçinin, ağciyərlər üçün isti suya evkalipt yağı tökülür. Bu suyun buxarı ilə bir neçə dəfə dərindən nəfəs alınır. Bu da ağciyərlərin təmizlənməsinə kömək edəcək. Bu üsul çox gözəl vasitədir. Əgər istifadə edərkən bədəniniz qəbul etməzsə, mütləq dayandırın.


Tehsil-press.az

Oxşar xəbərlər