Türkiyədə etirazçılar Prezident Külliyəsinə girib? - Açıqlama

Türkiyədə etirazçılar Prezident Külliyəsinə girib? - Açıqlama Türkiyədə aksiya iştirakçılarının Prezident Külliyəsinə daxil olması ilə bağlı görüntülər yayılıb.

Türkiyə Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

“Sözügedən görüntülərin Ankaradakı universitet şəhərciyində keçirilən nümayişlər zamanı lentə alındığı müəyyən edilib. Nümayişçilərin Prezident Külliyəsinə girməsi kimi bir şey yoxdur. Ölkəmizin əmin-amanlığını və sabitliyini hədəfləyən dezinformasiya xarakterli məzmuna etibar etməyin”, - məlumatda qeyd edilib.

Tehsil-press.az


Oxşar xəbərlər