Bu iki nəfərlə bağlı Türkiyədə araşdırma başladı: Hər şey Moskvaya ötürüləcək

Bu iki nəfərlə bağlı Türkiyədə araşdırma başladı: Hər şey Moskvaya ötürüləcək Moskva vilayətində “Crocus City Hall” konsert salonuna hücumda iştirak edən iki nəfər Türkiyədə olub, lakin Moskvadan onlarla bağlı heç bir xəbərdarlıq olmayıb.
Qeyd olunur ki, həbs edilən 4 terrorçudan ikisi əvvəllər Rusiya Federasiyası - Türkiyə - Rusiya Federasiyası marşrutu ilə hərəkət edib. Eyni zamanda, onların Türkiyədə heç bir qeydiyyatı - yaşamaq icazəsi və ya digər sənədli sübutları yoxdur.

Mənbələr əlavə edib ki, bu şəxslərlə bağlı Moskvadan əvvəlcədən heç bir xəbərdarlıq olmayıb. Onların Türkiyədə olması faktları “bütün ehtiyatla öyrənilir” və Rusiya tərəfinə bildiriləcək.

Nəşrin əlavə etdiyi kimi, Türkiyə tərəfi Rusiyadan İŞİD terror qruplaşması və onun qolu İD-Xorasan-ın fəaliyyəti ilə bağlı məlumat mübadiləsini artıracağını gözləyir, çünki onlar Türkiyə üçün eyni dərəcədə təhlükədir.


Tehsil-press.az

Oxşar xəbərlər