Müəllimindən hamilə qalan qıza bakirə rəyi verən - Ekspert danışdı

Müəllimindən hamilə qalan qıza bakirə rəyi verən - Ekspert danışdı Şamaxı Rayon Məhkəmə Tibb Ekspertizası Pirbəhli kənd sakininin başına gətirilən biabırçı olayla bağlı yaranmış qeyri-müəyyənliyə aydınlıq gətirib.

Tehsil-press.az xəbər verir ki, məhkəmə tibbi eksperti Məmməd Abdulrahibov AzNews.az-a açıqlamasında 9-cu sinif şagirdinin müəllimi tərəfindən seksual xarakterli hərəkətlərə məruz qaldığını təsdiqləyib: “Mən həmin şagirdlə bağlı rəyimi yazıb komissiyanın iştirakı ilə təqdim etdim. Rəydə bildirilir ki, şagird hazırda bakirədir. Ancaq şagirdə qarşı əxlaqsız hərəkətlər olunub. 15 yaşlı şagird seksual xarakterli hərəkətlər yolu ilə hamilə qalıb. Bu yolla hamilə qalmaq mümkündür. Qız bakirə olsa da, doğuşa az qalıb”.
Məktəblinin İbrahimov Elnur Həsənağa oğlundan hamilə qalıb-qalmamasına gəlincə M.Abdulrahibov bildirib ki, bu barədə məlumata malik deyil: “Qızın kimdən hamilə qalması artıq müstəntiq araşdırmasıdır”.
Qeyd edək ki, Şamaxı rayon Pirbəhli kənd orta məktəbində biabırçı hadisə baş verib. 9-cu sinif şagirdinin müəllimi İbrahimov Elnur Həsənağa oğlundan hamilə qaldığı deyilir. Hadisə ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində cinayət işi açılıb. Araşdırma gedir.


Tehsil-press.az

Oxşar xəbərlər