Əfv sərəncamının imzalanacağı TARİX AÇIQLANDI

Əfv sərəncamının imzalanacağı TARİX AÇIQLANDI Əfv sərəncamının növbəti iclası aprel ayının 9-da keçiriləcək.

Bunu açıqlamasında komissiyanın üzvü Rəşad Məcid bildirib.

Onun sözlərinə görə, aprel ayında iclaslar davam edəcək və sənədlər yekunlaşdıqdan sonra cənab prezidentə təqdim olunacaq:

"Əfv sərəncamının may ayında imzalanması nəzərdə tutulub".

Xatırladaq ki, əfv Azərbaycan məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycanda çəkən Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.

Tehsil-press.az

Oxşar xəbərlər