“Əfv sərəncamı martda deyil, mayda verilə bilər”

“Əfv sərəncamı martda deyil, mayda verilə bilər” “Ola bilsin ki, əfv sərəncamı may ayında imzalansın”.
Bu sözləri Tehsil-press.az-a açıqlamasında Əfv Komissiyasının üzvü Rəşad Məcid deyib. O bildirib ki, hazırda mütəmadi olaraq Komissiyanın iclasları keçirilir:
“Müraciətlər çoxdur və hələ də gəlməkdə davam edir. Bu səbəbdən də, əfvin Novruz bayramına çatıb-çatmayacağı bilinmir. Ola bilsin ki, prezident İlham Əliyev sərəncamı mayda imzalasın. Çünki işlər həddindən artıq çoxdur. Komissiyanın müzakirəsi bir az uzun çəkir. Mart ayına çatmasa da, may ayında əfv gözlənilir”.
R. Məcid bu il amnistiyanın olacağı ilə bağlı məlumatlara da münasibət bildirib:
“Amnistiyanın olub-olmaması artıq parlamentin məsələsidir, bu barədə bir söz deyə bilmərəm”.

Tehsil-press.az

Oxşar xəbərlər