
Quliyev Qismət Məsmun oğlu 1991-ci il 23 iyul tarixdə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. 1997-ci ildə Bakı şəhəri Binəqədi rayonu 99 nömrəli tam orta məktəbdə ibtidai təhsilə başlamışdır. Təhsil aldığı müddətdə bir çox fənn olimpiadalarında uğurlar qazanmışdır. 2008-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir. 2009-cu ildə qəbul imtahanında yüksək nəticə ilə Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakültəsinə qəbul olmuşdur. Universitet illərində tələbə-elmi cəmiyyətin çoxsaylı tədbirlərində müvəffəqiyyətlə iştirak etmiş, Azərbaycan Tibb Universitetini həm yerli, həm də xarici konfranslarda uğurla təmsil etmişdir. Universitetin fakültə üzrə Tələbə Həmkarlar Təşkilatının sədri və Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini vəzifələrində çalışmışdır.
Tələbə illərində tibbi peşə fəaliyyətinə Mərkəzi Klinikada başlamışdır. 2015-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirmiş və universitetin ictimai siyasi həyatında oynadığı rola görə universitetin rektoru Akademik Əhliman Əmiraslanov tərəfindən fəxri diplomla təltif olunmuşdur. 2017-ci ildə Rezidentura təhsili ilə birlikdə tibbi peşə fəaliyyətinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində” başlamışdır. Hal-hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin Bakı şəhər şöbəsinin rəisi olaraq tibbi peşə fəaliyyətini davam etdirir.
Fəaliyyəti dövründə bir çox sertifikat və diplomlara layiq görülmüşdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, oğlan övladları var.
Tehsil-press.az