Morqa 24 cəsəd gətirilib - Meyitlər tanınmaz halda

Morqa 24 cəsəd gətirilib - Meyitlər tanınmaz halda Məlum olduğu kimi, Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğın olub.
İlkin məlumata görə, hadisə nəticəsində 24 şəxs ölüb.
Tehsil-press.az-ın Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində olan əməkdaşlarının məlumatına görə, birliyə 24 meyit gətirilib. Onların üzərində ciddi yanıq əlamətləri görünür, cəsədlər tanınmaz hala düşüb.
Yanğın baş verən bölmədə 120 xəstə müalicə olunurmuş.

Tehsil-press.az

Oxşar xəbərlər