Bələdiyyələrin bu səlahiyyəti ləğv edildi

Bələdiyyələrin bu səlahiyyəti ləğv edildi Bələdiyyələrin qiymətləndirməyə dair səlahiyyəti ləğv edilib.

Bununla bağlı Prezident İlham Əliyev “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna dəyişikliyi təsdiqləyib.

Belə ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda onların qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq müəyyən ediləcək.

Tehsil-press.az

Oxşar xəbərlər