XARICI ÖLKƏLƏRDƏ SƏFƏRDƏ OLARKƏN BARMAQLARIMIZLA İŞARƏ VERDİKDƏ DİQQƏTLİ OLUN!

XARICI ÖLKƏLƏRDƏ SƏFƏRDƏ OLARKƏN BARMAQLARIMIZLA İŞARƏ VERDİKDƏ DİQQƏTLİ OLUN! Yuxarı qaldırılan baş barmaq işarəsi “hər şey yolundadır” mənasını daşıyır. “Baş barmaq” Türkiyədə Milli Görüş Hərəkatının əl işarəsi olaraq da bilinir. Lakin bu hərəkəti etdikdə bəzi ölkələrdə sizi səhv başa düşə bilərlər. Latın Amerikası, Rusiya, Qərbi Afrika və Yunanıstan yaxşı məna verməyə bilərlər.

XARICI ÖLKƏLƏRDƏ SƏFƏRDƏ OLARKƏN BARMAQLARIMIZLA İŞARƏ VERDİKDƏ DİQQƏTLİ OLUN!

Həmçinin İranda, Sardiniyada bu jest mənfi məna daşıyır. “Hər şey yolundadır” ifadəsi əvəzinə jest təhqir kimi başa düşülür. Bizdə balaca uşaqlar bir-birilərini qıcıqlandırmaq istəyəndə dil çıxardıqları kimi, qeyd etdiyimiz ölkələrdə bu jesti göstərirlər. Almaniya və Yaponiyada isə mənası “1 nömrə” deməkdir.

Sülh və zəfər işarəsi: Orta barmaqlarla “Victory” (Zəfər) sözünün baş hərfi olan V-ni göstərmək bütün dünyada zəfər işarəsi olaraq bilinir. II Dünya müharibəsi zamanı İngiltərənin baş naziri Çörçil tərəfindən yayılıb.

XARICI ÖLKƏLƏRDƏ SƏFƏRDƏ OLARKƏN BARMAQLARIMIZLA İŞARƏ VERDİKDƏ DİQQƏTLİ OLUN!

ABŞ-da və daha sonra 1960-cı ildən etibarən bütün dünyada sülh mənasında da istifadə edilməyə başlayıb. Əgər siz İngiltərə və yaxud Avstraliyada bu işarəni göstərirsinizsə, çalışın ki, əlinizi aşağıya doğru olsun. Əks halda siz qarşınızdakını təhqir etmiş olacaqsınız.

Tehsil-press.az

Oxşar xəbərlər