
Əvvəlcə Dövlət himni səsləndirilib. Sonra Üzeyir Hacıbəylinin həyat yolunu və fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirilib.
Elmi seminarda BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin I kurs tələbəsi Xədicə Abdulhəmidli “Üzeyir Hacıbəylinin əsərlərinə psixoloji aspektdən baxış”, Tarix fakültəsinin II kurs tələbəsi Çimnaz Nurəliyeva “Üzeyir Hacıbəyli tarixçilərin gözü ilə”, Filologiya fakültəsinin II kurs tələbəsi, fakültə TEC-in sədri Nəzrin Əliyeva “Üzeyir Hacıbəylinin satirik hekayələri filoloji konteksdə” və Jurnalistika fakültəsinin III kurs tələbəsi, fakültə TEC-in sədri Nurlan Cəbrayılzadə isə “Üzeyir Hacıbəylinin publisistikası” mövzusunda məruzə ilə çıxış ediblər. Məruzəçilər ömrünü cəmiyyətin mədəni tərəqqisinə həsr edən, fədakar ziyalı olan Üzeyir Hacıbəylinin fəaliyyətini müxtəlif aspektlərdən təhlil ediblər.
BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Bayramlı, Milli mətbuat tarixi kafedrasının dosenti Aygün Əzimova və Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev Üzeyir Hacıbəylinin dolğun ictimai-siyasi fəaliyyətinin azərbaycançılıq məfkurəsi ilə yoğrulduğunu qeyd ediblər. Bildiriblər ki, tələbə gənclərin bu mövzuya belə həssaslıqla yanaşması və araşdırması təqdirəlayiq addımdır.
Tehsil-press.az