
Bunu Milli Məclisdə “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusunda keçirilən ictimai müzakirədə Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov deyib.
Komissiya sədri qeyd edib ki, birincisi, Ermənistan Fransanın dəstəyi və təhriki ilə Azərbaycana qarşı hərbi əməliyyatlara əl ata və regionda yeni müharibə alovlana bilər:
“İkincisi isə qonşu dövlətlərdən birinə - məsələn, İrana qarşı Qərbin aparacağı hərbi əməliyyatlara Ermənistan da cəlb edilə, əməliyyatlar nəticə vermədiyi təqdirdə həmin qonşu dövlətin əks həmləsi ilə Qərbi Zəngəzur/Sünik zəbt edilə bilər. Bu, bizim ssenarilərimizdir. Çünki Vətən müharibəsindən sonrakı mərhələ Zəngəzur vilayətinin strateji əhəmiyyətinə təsir edərək xarici aktorların bölgəyə marağını artırıb”.
Tehsil-press.az