Türkiyədə yanan hotelin sahibinin həyat yoldaşı və qızları da həbs olundular

Türkiyədə yanan hotelin sahibinin həyat yoldaşı və qızları da həbs olundular Türkiyənin Bolu vilayətinin Kartalkaya rayonunda yanvarın 21-də baş verən və 78 nəfərin həyatını itirdiyi hotel yanğını ilə bağlı aparılan istintaqda hotel sahibi Halit Ergülün həyat yoldaşı və iki qızı həbs ediliblər.

Aparılan istintaq çərçivəsində aralarında hotel sahibi, baş direktor və bəzi vəzifəli şəxslərin də olduğu 22 nəfər həbs edilib.

Son araşdırılmalara əsasən, Halit Ergülün həyat yoldaşı Emine Murtezaoğlu Ergül, qızları Elif Aras və Ceyda Hacıbekiroğlu da həbs edilib.

İstintaq genişləndiyi üçün Bolu vilayətinin Xüsusi idarənin lisenziyaların verilməsi şöbəsinin müdiri Yeliz Erdoğan və keçmiş müdir Mehmet Özel, eləcə də statistik hesablamalar aparan inşaat mühəndisi İsmail Haluk İnceler, işlərin təhlükəsizliyi üzrə ekspert Ece Kayacan, memar Muharrem Şen, Mustafa Selman Çelen və Kübra Demir saxlanılıb.

Prokurorluqdakı ifadələrindən sonra əməyin mühafizəsi üzrə ekspert Ece Kayacan, inşaat mühəndisi İsmayıl Haluk İnceler və memar Muharrem Şen sərbəst buraxılıb.

İstintaq çərçivəsində hoteldə baş verən yanğına görə məsuliyyət daşıyan digər şəxslərin də dindirildiyi bildirilib.

Tehsil-press.az

Oxşar xəbərlər