Ənvər Həsənov o cür dəfnə layiq idimi? - Rza Rzayev

Ənvər Həsənov o cür dəfnə layiq idimi? - Rza Rzayev Ola bilər ki, İncəsənət Universitetində təhsili keyfiyyəti o qədər də yüksək deyil. Ancaq təməl prinsipləri bilən yetərincə mütəxəssisimiz var.

Bu sözləri tanınmış aktyor, rejissor Rza Rzayev (Drakon) Axar TV-yə geniş müsahibəsində deyib.

“Bu gün Azərbaycanda Vaqif Mustafayev, Yavər Rzayev, Ramiz Fətəliyev, Ramiz Rövşən, Anar və s. kimi insanlardan kim istifadə etmək istəyir ki! Hamının fikri xaricdədir. Çünki xaricdən gələnlərə bu cəmiyyətdə daha çox qiymət verirlər. Bu da rus imperiyasının bizdə yaratdığı təfəkkürdür və biz bundan tədricən xilas olacağıq”, - o bildirib.

R.Rzayev xatırladıb ki, hər kəsin sevə-sevə baxdığı filmlərdə gözəl obrazlar yaradan Ənvər Həsənov bu yaxınlarda dünyasını dəyişdi:

“Onun dəfnində çox az adam iştirak etdi. Hətta məmurlar, rəsmilər də demək olar ki, yox idi. Əslində bu cür aktyorun dəfnində 10-20 min insan iştirak etməlidir... Bu gün cəmiyyətimizdə sənət adamı, rejissor, aktyora ən aşağı insan kimi baxırlar: yəni sən sənət adamısansa, dəyərin yoxdur. Sənət adamına belə bir qiymət verilən cəmiyyətdə sənət yarana bilməz”.



Tehsil-press.az

Oxşar xəbərlər