
“Küləyə qalib gəl” şüarı altında keçirilən marafona 700 nəfərdən çox BDU tələbəsi qatılıb. 21 kilometrlik məsafəni əhatə edən marafonda BDU tələbələri aktiv iştirak edərək, finiş xəttinə çatıblar. Finiş xəttini ilk minlikdə keçən tələbələr “Bakı Marafonu 2025”in xüsusi medalları ilə təltif olunublar.
2016-cı ildən təşkil edilən “Bakı Marafonu” idmanın inkişafına dəstək, sağlam həyat tərzinin təbliği məqsədi daşıyır. Səkkizinci dəfə baş tutan marafonda 15 minədək iştirakçı yarışıb.
Tehsil-press.az