Təlimdə fakültələrin professor-müəllim heyəti, tələbələri, “AzerGold” QSC-nin Geoloji kəşfiyyat şəbəsinin müdiri, Yer elmləri üzrə fəlsəfə doktoru Fuad Hüseynov, şöbənin Coğrafi informasiya sistemləri sektorunun müdiri Ələsgər Məmmədov və qurumun digər əməkdaşları iştirak ediblər.
“AzerGold” QSC-nin Geoloji kəşfiyyat şöbəsinin Coğrafi informasiya sistemləri sektorunun müdiri Ələsgər Məmmədov “Dağ-mədən geoloji informasiya sistemlərinin geoloji kəşfiyyat işlərinin aparılmasında tətbiqi” mövzusunda geniş təqdimatla çıxış edib. Təqdimatda “AzerGold”un geoloji-kəşfiyyat strategiyası çərçivəsində CİS-lər vasitəsilə həyata keçirilən layihələr, sahəvi məlumatların emalı, 3D model quruculuğu, proqnozlaşdırıcı analizlər və operativ qərar qəbuletmə imkanları barədə nümunələr göstərilib. Eyni zamanda Azərbaycanın müxtəlif filiz və qeyri-filiz yataqları üzrə aparılan araşdırmalarda CİS-in istifadəsi ilə bağlı real tətbiq hallarından söz açılıb.
Təlimdə həmçinin CİS texnologiyalarının geoloji kəşfiyyatda istifadəsi, onların vasitəsilə məlumatların toplanması, vizuallaşdırılması, təhlili və qərarların verilməsindəki funksionallığı geniş izah edilib. Həmçinin bu sistemlərin dağ-mədən sənayesində operativ və dəqiq geoloji modelləşdirməyə, resursların qiymətləndirilməsinə və təhlükəsiz istismara töhfəsi vurğulanıb.
Təlimin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb, təkliflər səsləndirilib.
Tehsil-press.az