
Tehsil-press.az xəbər verir ki, səfər zamanı yerli sakinlərlə görüşən baş nazir onların şikayətlərini dinləyib. Krımlılar, xüsusilə də pensiyanın azlığından gileyləniblər. Medvedev isə konkret olaraq “pul yoxdur” deyə cavab verib. Daha sonra “möhkəm olun, sizə yaxşı əhval-ruhiyyə və can sağlığı” deyərək oradan tələsik uzaqlaşıb. Görüşün videosu dünən youtube sosial şəbəkəsinə yerləşdirilib.
Tehsil-press.az