İlqar Kubışev Gəncə Dövlət Universitetində əvvəllər rektor köməkçisi işləyirdi. Bu adamın adı Müəllimlər İnstitutuna saxta tələbə qəbulu, saxta diplom satışı, qadın alveri kimi məsələlərdə dəfələrlə hallanıb.
İlqar Kubışev Azərbaycan Texniki Universitetinin Maşınqayırma ixtisasını bitirmişdir. Lakin rektor köməkçisindən əlavə, həm də Gəncə Dövlət Universitetinin İnformatika kafedrasının dosenti olub. Bu günə kimi bir dəfə də olsun kafedraya gəlməmişdir, onun dərs keçdiyini isə heç kim görməyib. Onun dərs yükünə daxil olan dərslər ya keçilməyib, ya da kafedranın digər müəllimləri tərəfindən əvəz olunub.
Bu adam o qədər savadsızdır ki, tədris etdiyi fənnə aid sillabusunda olan istənilən bir mövzu ətrafında beş dəqiqə belə danışmaq qabiliyyəti yoxdur.
Məlumdur ki, Gəncə Regional Kolleci, eyni zamanda Gəncə Musiqi Kolleci Gəncə Dövlət Universitetinin tərkibinə verilib. Rektor Yusif Yusibov bu şəxsi Gəncə Musiqi Kollecinə direktor təyin etdirdi. Maşınqayırma ixtisasını bitirmiş İlqar Kubışev Yusif Yusibovun təqdimatı ilə Gəncə Musiqi Kollecinə direktor təyin edildi.
Maraqlıdır, maşınqayırma hara, musiqi hara? Səbəb aydındır, İlqar Kubışev orada Yusif Yusibovun açdığı bazarda kassir rolunu oynayırdı. Qısa bir müddət ərzində İlqar Kubışev orada elə bir şərait yaratdı ki, bütün müəllim kollektivi onun əleyhinə üsyana qalxdı. Bundan sonra nazirliyin əmri ilə İlqar Kubışev həmin vəzifədən qovuldu və yenidən Gəncə Dövlət Universitetində rektor köməkçisi işləməyə başladı.
Daha sonra Gəncə Dövlət Universitetinin rektoru öz qardaşı Maliyyə Nazirliyinin Aparat rəhbəri Cavanşir Yusibovun köməkliyi ilə Gəncə Regional Kollecinin direktoru Fəxrəddin Zeynalovun torbasını tikdi və onun işdən azad olunmasına nail oldu. Yusif Yusibov dərhal təqdimat verib İlqar Kubışevi həmin kollecə direktor təyin etdirdi. Yenə də Musiqi Kollecində olduğu kimi Gəncə Regional Kollecdə də kollektiv bu adamın əleyhinə qalxdı.
Nəticədə korrupsiya əməllərinə görə Təhsil Naziri Emin Əmrullayevin əmri ilə yenidən İlqar Kubışev vəzifədən qovuldu.
Maraqlıdır, Təhsil Naziri Emin Əmrullayev işindəki ciddi korrupsiya faktlarına görə töhmət verib İlqar Kubışevi işindən qovur. İlqar Kubışev isə öz yaxın adamları vasitəsilə Yusif Yusibovun dəstəyi ilə kollecə Emin Əmrullayev tərəfindən direktor təyin edilmiş Xoşqədəm Xudiyevaya qarşı təxribat törədir, kollecdə normal iş prosesinə mane olur.
İlqar Kubışev direktorluqdan azad olunduqdan sonra Gəncə Dövlət Universitetində işləmir. Lakin buna baxmayaraq Yusif Yusibov onu vəzifədən azad olunmuş tədris işləri üzrə prorektor Şahin Xurşudovun kabinetində oturdub. İlqar Kubışev Gəncə Dövlət Universitetində imtahanların gedişinə nəzarət edir, bütün məsələləri o həll edir.
Bu barədə sosial şəbəkələrdə və müxtəlif saytlarda məlumat dərc olunduqdan sonra Yusif Yusibov əsəbi şəkildə əzələ nümayiş etdirərək əmr verib İlqar Kubışevi rektorun müşaviri təyin etdi. Hal-hazırda rektor Yusif Yusibovun 5 prorektoru, 2 köməkçisi və 3 müşaviri var. Heç nazirlikdə bu qədər mənasız ştatlar yoxdur.
Rektor isə açıq-aşkar təhsil naziri Emin Əmrullayevə meydan oxuyur. Təhsi Nazirinin işində korrupsiya əməlləri olduğuna görə töhmət verib vəzifədən qovduğu bir şəxsi yenidən yüksək vəzifəyə təyin edir.
Bundan başqa ötən il Yusif Yusibov Türkiyə ali məktəblərinə pul müqabilində tələbə qəbulu ilə məşğul olan Seymur Meşaikdən 30000 manat pul alıb Universitetə Elmi Katib təyin etdi. İndi isə həmin Seymur Meşaiki tədris işləri üzrə prorektor təyin etdirmək istəyir.
İlqar Kubışevin ayıq vaxtı olmur. İçki düşkünü olan bu şəxs bütün gün ərzində saçı jeleli, cibində isə fransız ətiri gəzdirdiyindən universitet kollektivi onu Mamlı-Matan adlandırırlar.
Rektor isə ölkə Prezidentini belə aldadaraq, İlqar Kubışevə Tərəqqi medalı verilməsinə nail olub. Sual yaranır, hansı xidmətlərinə görə???
Gəncə Dövlət Universitetində olan rektor özbaşınalığının qarşısını almağın zamanı nə vaxt gələcək????? Bu kollektiv nə vaxta qədər təhqir olunacaq???
Hörmətlə,
Gəncə Dövlət Universitetinin bir qrup müəllimi
Gəncə Dövlət Universitetinin bir qrup müəllimi
Redaksiyadan:
Gəncə Dövlət Universitetinin müəllimlərinin müraciətini təqdim edirik. Müraciəti olduğu kimi dərc etdik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tehsil-press.az