Azərbaycanlı və ukraynalı mikoloqların birgə apardığı tədqiqatların nəticəsi olaraq ərsəyə gələn məqalə Scopus və Web of Science (MJL) bazalarına daxil olan “Ukrainian Botanical Journal” nəşrində dərc olunub. Məqalədə Laetiporus sulphureus, Phellinus igniarius və Pleurotus ostreatus növlərinə aid bir neçə ştammın Qram-müsbət və Qram-mənfi bakteriyalara (Bacillus subtilis, Staphylococcus aureus, Escherichia coli, Klebsiella pneumoniae və Pseudomonas aeruginosa) qarşı antimikrob fəaliyyətləri öyrənilmişdir. Aparılmış tədqiqata görə L. sulphureus ştammının kultura mayesinin etil asetat ekstraktlarının təsiri altında tədqiq edilmiş bütün bakteriya növlərinin böyüməsinin təsir zonaları 7.5-12.0 mm arasında dəyişir.
L. sulphureus, Phellinus igniarius və Pleurotus ostreatus növlərinin biokütlə və kultura mayesindən əldə edilən ekstraktlar, S. aureus və Bacillus subtiles bakteriyalarının böyüməsinə maneə törədir ki, bu da onların Qram-müsbət B. subtilis bakteriyasına qarşı antimikrob agent kimi istifadə potensialını göstərir.
Tehsil-press.az