Gəncədə kollec rəhbəri işdən ÇIXARILDI

Gəncədə kollec rəhbəri işdən ÇIXARILDI Gəncə Dövlət Regional Kollecinin direktoru və müavini işdən azad olundu.

Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Gəncə Regional Kollecinin direktoru İlqar Kubişov və onun müavini Elşad Abbasov işdən çıxarılıb.

Bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev sərəncam imzalayıb.

İlkin məlumata görə, kollecə bir müddət öncə Elm və Təhsil Nazirliyi tərəfindən yoxlama aparılıb və adıçəkilən hər iki vəzifəli şəxsə şiddətli töhmət verilib. Ardından onların işdən azad olunması qərarı alınıb.

Qeyd edək ki, İ.Kubışov əvvəllər Gəncə Dövlət Regional Kollecin qiyabi şöbəsinin müdiri vəzifəsində işləyib./Gencexeber.az/

Tehsil-press.az

Oxşar xəbərlər