Bu xanımlara yüksək vəzifə verildi

Bu xanımlara yüksək vəzifə verildi Xırdalan şəhərində yerləşən Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kollecdə yeni təyinatlar olub.

Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, müvafiq əmrlə Hicran Əyyubova kollecin direktoru, Gülnar Kərimova tədris işləri üzrə direktor müavini, Firuzə Fərmanlı isə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunublar.

Məlumat üçün bildirək ki, H.Əyyubova ötən ilin mayında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə direktor təyin edilib və son təyinatadək həmin vəzifəni icra edib.

G.Kərimova isə yeni təyinatadək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Tehsil-press.az

Oxşar xəbərlər