
Hadisə jurnalistlərin 3-cü binasında ("Qazilərin binası" kimi tanınan binada) baş verib.
Belə ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi sakini, 2000-ci il təvəllüdlü Əfsanə Mirzalı qızı Rəhimxanova binanın 13-cü mərtəbəsinin balkonundan yıxılıb. O, təcili xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyi nəticə verməyib və Ə.Rəhimxanova aldığı ağır xəsarətlərdən keçinib.
Qeyd olunur ki, hadisə baş verən gün Ə.Rəhimxanovanın doğum günü imiş. O, doğum gününü qeyd etmək üçün həmin binada yaşayan rəfiqəsigilə qonaq gəlibmiş. Ə.Rəhimxanovanın binadan yıxıldığı, yoxsa intihar etdiyi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Tehsil-press.az