BDU tələbələri arasında Zəfər Gününə həsr olunmuş rəsm müsabiqəsi

BDU tələbələri arasında Zəfər Gününə həsr olunmuş rəsm müsabiqəsi 8 Noyabr – Zəfər Günü münasibətilə tələbələr arasında RƏSM MÜSABİQƏSİ elan edir

Müsabiqəyə 44 günlük Vətən müharibəsində parlaq Zəfərimizi, Qarabağ və Şərqi Zəngəzurun tarixini, qəhrəman əsgərlərimizin döyüş ruhunu əks etdirən əsərlər qəbul olunur.

Rəsmlərin işlənmə texnikası sərbəstdir.

Müsabiqəyə təqdim olunan rəsmlərin aşağı sağ küncündə tələbənin adı, soyadı, təhsil aldığı fakültə qeyd olunmalıdır. Müsabiqədə yalnız BDU-nun tələbə və magistrantları iştirak edə bilərlər.

Təqdim olunmuş rəsm əsərləri Müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək və qaliblər təltif ediləcəklər.

Rəsmlər müəllifin tələbə biletinin fotosurəti ilə birlikdə 2025-ci il noyabr ayının 3-dək BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinə təqdim olunmalıdır.

Tehsil-press.az

Oxşar xəbərlər