Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Mərhum II Fəxri xiyabanda dəfn olunacaq.
11:58
Görkəmli tarzən, Dövlət mükafatı laureatı, Xalq artisti, professor Ramiz Quliyevin nəşi "Göy məscid"ə aparılıb.
Bu barədə onun oğlu Əməkdar artist Əyyub Quliyev açıqlamasında deyib.
"Vida mərasiminin harada keçiriləcəyi və harada dəfn olunacağı ilə bağlı bizdə dəqiq məlumat yoxdur. Bu gün səhər cənab nazir zəng etdi, başsağlığı verdi və bildirdi ki, müvafiq tədbirlər görüləcək. Ola bilsin ki, dəfn mərasimi sabah olsun, çünki müəyyən işlərin görülməsi zaman alacaq", - deyə Ə.Quliyev bildirib.
10:02
Xalq artisti, tarzən Ramiz Quliyev vəfat edib.
Bunu açıqlamasında Ramiz Quliyevin oğlu, Əməkdar artist Əyyub Quliyev deyib.
"Atam bu gün səhər saatlarında dünyasını dəyişdi", - deyə Ə.Quliyev bildirib.
Qeyd edək ki, Xalq artisti Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda qulluqçu ailəsində anadan olub. O, 1954-cü ildə Ağdam şəhər yeddiillik musiqi məktəbinə gedib, 1960-cı ildə isə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub.
R.Quliyev 1964-1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.
"İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 8 may 2002-ci il tarixli fərmanına uyğun olaraq uğurlu səhnə fəaliyyətinə görə Ramiz Quliyev 26 iyul 2002-ci və 5 iyul 2003-cü illərdə Azərbaycan Respublikası Prezidentinin mükafatı, 2004-cü ildən isə ömürlük Prezident təqaüdü ilə təltif olunub.
Xatırladaq ki, Xalq artisti Ramiz Quliyev səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın sonunda Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.
Tehsil-press.az