12 xarici tələbə Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində BDU-da təhsil alacaq

12 xarici tələbə Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində BDU-da təhsil alacaq 2025/2026-cı tədris ili üzrə 62 xarici vətəndaş “Hökumətlərarası Təqaüd Proqramları” (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.

Onlardan 12-si (9 nəfəri Çin Xalq Respublikası, 1-i Qazaxıstan, 1-i Tacikistan, 1-i Qırğızıstan vətəndaşı) Bakı Dövlət Universitetində (BDU) təhsil alacaq.

Xarici tələbələr BDU-nun “Beynəlxalq münasibətlər”, “Dünya iqtisadiyyatı”, “Filologiya”, "Sosial psixologiya" və “Təhsildə sosial-psixoloji xidmət” ixtisasları üzrə təhsil almaq imkanı əldə ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər