ADNSU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Elm və Davamlılıq Konfransı keçirilib

ADNSU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Elm və Davamlılıq Konfransı keçirilib Oktyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SEDIP – Sustainable Economic Development, Science and Innovation Platform tərəfindən təşkil olunan “Elm və Davamlılıq Konfransı 2025” (“Science and Sustainability Conference 2025”) keçirilib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş konfransın məqsədi elmi tədqiqatların, innovasiyanın və iqtisadi inkişafın dayanıqlı gələcək naminə qarşılıqlı əlaqəsini gücləndirmək, elmi siyasətin yeni istiqamətlərini müzakirə etmək və elm–sənaye əməkdaşlığını təşviq etmək olub.

Konfarnsda Elm və Təhsil Nazirliyi, ADNSU, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Ehtiyatları Agentliyi və Masdar Azərbaycanın nümayəndələri iştirak ediblər. Konfransın dəstəkçisi isə Novation şirkəti olub.

SEDIP – Sustainable Economic Development, Science and Innovation Platform tərəfindən təşkil olunan tədbirin tərəfdaşları Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) olub.

“Sonsuz Tərəqqi” şüarı altında keçirilən tədbirdə dövlət qurumlarının, akademik dairələrin və biznes nümayəndələrinin iştirakı ilə iki əsas panel müzakirəsi təşkil olunub. Birinci panel “Elm, İqtisadiyyat və Dayanıqlı İnkişaf”, ikinci panel isə “Texnologiya, Startaplar və Elmin Gələcəyi” mövzularına həsr olunub.

Müzakirələr zamanı elm siyasətinin təkmilləşdirilməsi, innovasiya yönümlü iqtisadi model, startap ekosisteminin inkişafı və dayanıqlı texnoloji gələcək istiqamətləri diqqət mərkəzində olub.

Tədbir çərçivəsində həmçinin ScienceHub platformasının təqdimatı baş tutub. ScienceHub – Azərbaycan elmi ekosistemini gücləndirməyi, tədqiqatçıları və gənc alimləri bir araya gətirərək onların beynəlxalq elmi əməkdaşlıqlarda daha fəal iştirakını təmin etməyi hədəfləyən rəqəmsal təşəbbüsdür.

Konfrans ölkədə elm, təhsil, innovasiya və iqtisadiyyatın dayanıqlı inkişafı istiqamətində əməkdaşlıq üçün mühüm platforma rolunu oynayıb və gənc tədqiqatçılar üçün yeni imkanların formalaşmasına təkan verib.

Tehsil-press.az

Oxşar xəbərlər