Oktyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Yaşıl dünya naminə həmrəylik ili” və “Ümumdünya standartlar günü”nə həsr olunmuş “Dayanıqlı yaşıl gələcək üçün standartlar” mövzusunda II Beynəlxalq elmi-praktik simpozium işə başlayıb.
Universitetdən bildirilib ki, “Cihaz mühəndisliyi” kafedrasının təşkilatçılığı ilə onlayn və oflayn formatda keçirilən simpoziumun açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin, həmçinin şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Simpoziumda çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov dünyada gedən iqlim dəyişiklikləri və yaşıl enerjiyə keçid fonunda Prezident İlham Əliyev tərəfindən ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin və COP29 kimi mötəbər tədbir ərəfəsində universitetdə belə bir beynəlxalq elmi simpoziumun keçirilməsinin önəmindən danışıb. ADNSU-nun son dövrlər dünya reytinq cədvəllərində qazandığı beynəlxalq elmi nailiyyətlərdən söz açan dosent Vazeh Əskərov, Azərbaycanda gənclərin dayanıqlı yaşıl gələcək üçün maarifləndirilməsi və yeni standartların tətbiqində gənclərin rolunu qeyd edib, bu istiqamətdə ali təhsil müəssisəsi olaraq bütün təşəbbüsləri dəstəklədiyini bildirib.
Tehsil-press.az