BDU-da Tələbə Gənclər Təşkilatı barədə məlumatlandırma tədbiri

BDU-da Tələbə Gənclər Təşkilatı barədə məlumatlandırma tədbiri Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “TGT nədir?” layihəsi çərçivəsində I kurs tələbələri üçün məlumatlandırma tədbiri keçirilib.
BDU-nun Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ələkbər Həsənov universitetin TGT komandasının tərkibində fəaliyyət göstərən klublar, onların məqsəd və vəzifələri barədə söz açıb. Bildirilib ki, TGT tələbə-gənclərin universitetin və ölkənin ictimai həyatına daha fəal qoşulması, əmək fəaliyyətinə hazırlanması, təhsilalanlarla ideoloji işin gücləndirilməsi, onlarda elmə böyük həvəs oyadılması məqsədilə tədbirlər həyata keçirir.
ATGTİ-nin üzvlərlə iş üzrə meneceri Rüfət Rüstəmov və klublarla iş üzrə meneceri Aqil Quliyev təşkilatın fəaliyyəti, həyata keçirdiyi proqram və layihələri, klubları haqqında tələbələrə məlumat verib, şəbəkələşmə prosesində klubların işinin vacibliyini vurğulayıblar.
Sonra tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az



Oxşar xəbərlər