Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ümumi pedaqogika kafedrasının dosenti, fəlsəfə elmləri doktoru Müslüm Nəzərovun “Müasir dövrdə təhsilin sosial-mədəni problemləri” monoqrafiyası Almaniyanın “LAP LAMBERT Academic Publishing” nəşriyyatı tərəfindən ingilis, alman, fransız, italyan, portuqal və rus dillərində nəşr olunub.
Monoqrafiyada postsənaye cəmiyyətin ümumi səciyyəsindən, informasiya cəmiyyətində təhsilin başlıca inkişaf istiqamətlərindən, müasir dünyada gedən qloballaşma və modernləşmə proseslərinin mahiyyətindən, informasiya mədəniyyəti və təhsil islahatlarının sosiomədəni amillərindən bəhs olunur. Nəşrdə Azərbaycan təhsilinin sosiomədəni ənənələri, Avropa təhsil məkanına inteqrasiya kontekstində Azərbaycan təhsilinin modernləşməsinin problemləri, Boloniya prosesi konsepsiyasının həyata keçirilməsinin milli-mədəni xüsusiyyətləri və perspektivləri barədə məlumatlar da yer alıb.
Monoqrafiya müəllimlər, magistrantlar, doktorantlar, tədqiqatçılar üçün nəzərdə tutulub.
Xatırladaq ki, müəllifin “Təhsilin sosiomədəni əsasları” monoqrafiyası 2020-ci ildə “LAP LAMBERT Academic Publishing” nəşriyyatı tərəfindən ingilis dilində çap edilib, 2021-ci ildə isə alman, ispan, fransız, italyan, holland, polyak, moldovan, çex, portuqal və rus dillərində oxuculara təqdim olunub.
Tehsil-press.az