ABŞ Prezidenti Donald Tramp brifinq zamanı Vaşinqtondakı faciəyə görə Bayden administrasiyasını niyə günahlandırdığını soruşan müxbirə sərt cavab verib.Bu barədə ABŞ mediası məlumat yayıb.
Müxbir sualına aydınlıq gətirməsini istəyəndə Tramp səs tonunu qaldırıb:
“Çünki onları ölkəyə buraxan Bayden idi. Siz axmaqsınız? Onlar minlərlə digər insanla birlikdə təyyarədə buraya uçub. Onlar burada olmamalı idilər”.
Qeyd edək ki, Ağ Ev yaxınlığında silahlı atışma baş verib. Atışma nəticəsində yaralanan ABŞ Milli Qvardiyasının iki hərbçisi xəstəxanada ölüb.
Tehsil-press.az






