Sülhə, təhlükəsizliyə və sabitliyə ehtiyac yarandıqda, ağla ilk gələn Türkiyə ordusu olur.Bunu Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zəki Aktürk türk qoşunlarının Ukraynada sülhməramlı qüvvələr kimi fəaliyyət göstərəcəyi ilə bağlı iddialara münasibət bildirərkən deyib.
“Bu, Türkiyə ordusunun, eləcə də onun resursları və imkanlarının effektivliyinin, çəkindirmə potensialının və nüfuzunun əsas göstəricisidir. Birincisi, Rusiya ilə Ukrayna arasında atəşkəs elan edilməlidir. Sonra hər bir ölkənin tapşırıqlarını və iştirak dərəcəsini dəqiq müəyyən etməklə missiyanın çərçivəsini dəqiqləşdirmək lazımdır. Türkiyə Silahlı Qüvvələri bölgəmizdə təhlükəsizliyi və sabitliyi təmin edəcək istənilən təşəbbüsə töhfə verməyə hazırdır”, - o bildirib.
Tehsil-press.az








