Qonaqları salamlayan BDU rektoru Elçin Babayev onlara Universitetin fəaliyyəti, elmi tədqiqat və təhsil mühiti, beynəlxalq reytinqlərdə mövqeyi, beynəlmiləlləşmə istiqamətində gördüyü işlər barədə məlumat verib. O, Malayziya universitetləri ilə xüsusilə magistratura və doktorantura səviyyələrində geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb.
Elçin Babayev qeyd edib ki, Malayziya universitetləri ilə akademik mübadilə, ikili diplom proqramları, elmi-tədqiqat layihələri, birgə konfransların təşkili istiqamətlərində əməkdaşlıq mühüm nəticələr verə bilər.
Qonaqlar Azərbaycanın ən böyük ali təhsil müəssisəsi olan BDU ilə müxtəlif istiqamətlər üzrə akademik tərəfdaşlıqda maraqlı olduqlarını bildiriblər.
Tehsil-press.az











