Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.Bu gün Zəngilan rayonunun Məmmədbəyli kəndinə daha 33 ailə - 177 nəfər yola salınıb.
Məmmədbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
***
Növbəti köç karvanı Zəngilan rayonunun Məmmədbəyli kəndinə çatıb.
Kəndə çatan sakinlərin qarşılanma mərasimi baş tutub.
Bu mərhələdə Məmmədbəyli kəndinə 33 ailə (177 nəfər) köçürülüb.
Tehsil-press.az







