Axır ki Zəngilana çatdıq... - Video

Axır ki Zəngilana çatdıq... - Video Zəngilan şəhərinin düşmən işğalından azad olunmasından bir il ötür.
Prezident İlham Əliyev ötən ilin oktyabrın 20-də xalqa müraciətində işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını açıqlayıb.
Həmin gün Zəngilan şəhəri ilə yanaşı, rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri də düşmən tapdağından azad edilib.
Eyni zamanda, Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri, Cəbrayıl rayonunun Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng kəndləri azadlığına qovuşub.
Prezident xalqa müraciətində Vəng kəndinin Çinarlı adlandırılacağını elan edib.
Gəlin, Zəngilanın azad olunduğu günə birgə qayıdaq:



Tehsil-press.az


Oxşar xəbərlər