ABŞ və Avropa heç vaxt Ukraynaya vəd etdikləri təhlükəsizlik zəmanətlərini verməyəcək, ona görə də Kiyev xarici asılılıqdan uzaqlaşmalıdır.Bunu Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç deyib.
“Onların bizə vəd etdiyi təhlükəsizlik zəmanətləri heç vaxt yerinə yetirilməyəcək. Amma sülh müqaviləsinin imzalanması lazımdır”, - o bildirib.
Arestoviçin sözlərinə görə, bu, Ukraynanın xarici asılılıqdan öz təhlükəsizliyini təmin etməyə keçməsi üçün yeganə şansıdır:
“Təhlükəsizliyin əsl qarantı olmuş və qalmaqda olan üç amil var: güclü ordu, güclü iqtisadiyyat və qonşularla normal münasibətlər”.
Tehsil-press.az








