Tədbir çərçivəsində uşaqlar ekoloji biliklərini, yaradıcı düşüncə və praktiki bacarıqlarını inkişaf etdirmək məqsədilə aquaponika sistemi ilə suda bitki yetişdirilməsi prosesinə, praktiki bitki əkilməsi fəaliyyətinə və quş yuvalarının rənglənməsi üzrə ustad dərslərinə cəlb olunublar. Bununla bərabər, valideynlər üçün psixoloq və mütəxəssislərin iştirakı ilə maarifləndirici sessiyalar təşkil edilib. Günün sonunda bütün iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, tədbirin əsas məqsədi inklüziv uşaqların təbiət və yaradıcılıqla təmasını artırmaqla onların sosial, emosional və dərketmə bacarıqlarının inkişafına dəstək göstərməkdir.
Tehsil-press.az










