1-ci sinif şagirdini döyən müəllim işdən çıxarıldı - Yenilənib

1-ci sinif şagirdini döyən müəllim işdən çıxarıldı - Yenilənib 189-190 saylı orta məktəbin birinci sinif şagirdini döyən müəllim işdən çıxarılıb.
Bu barədə məlumatı uşağın anası Xanım Əliyeva öz feysbuk səhifəsində paylaşıb.
O bildirib ki, iki gün bundan əvvəl baş vermiş hadisə bu gün yekunlaşdırılıb. Təhsil Nazirliyi araşdırma aparıb və uşağı döyən müəllim işdən çıxarılıb. Valideyn məsələnin tez bir zamanda həll olunduğuna görə Təhsil Nazirliyinə təşəkkür edib.
Xatırladaq ki, müəllim uşağı qələminin mürəkkəbini partanın üzərinə tökdüyü üçün döymüşdü.
***
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, məktəbdaxili intizam qaydalarına, “Müəllimlərin Etik Davranış Qaydaları”nın tələblərinə uyğun olmayan davranışa yol verdiyinə görə, 189-190 nömrəli məktəbin ibtidai sinif müəllimi Səyyarə Əliyeva ilə bağlanmış əmək müqaviləsi 2 may tarixindən ləğv edilib.
BŞTİ bildirir ki, “Müəllimlərin Etik Davranış Qaydaları”na uyğun olaraq, müəllim təhsil alanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməli, pedaqoji etika və əxlaq normalarına riayət etməli, müəllim nüfuzunu yüksək tutmalı və ziyalılıq nümunəsi göstərməlidir: “Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Bütün təhsil idarəretmə qurumları bu kimi hallara qarşı barışmazdır və belə halların yolverilməz olduğunu bildirir”.

Tehsil-press.az

Oxşar xəbərlər