Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutu ilə Berlin Botanika Bağı və Botanika Muzeyi arasında imzalanmış razılaşma memorandumu çərçivəsində “Cənubi Qafqazda bitki müxtəlifliyinin mühafizəsi üsullarının hazırlanması” layihəsi həyata keçirilir. Layihənin ikinci mərhələsi üzrə Azərbaycan florasında yayılan “Scutellaria L.” və” Pyrus L.” (yabanı armud) bitki cinslərinin öyrənilməsi, onların filogenetik mənşəyini müəyyənləşdirmək istiqamətində tədqiqat işləri davam etdirilir.
Layihə çərçivəsində bu elmi müəssisənin doktorantı, həmin beynəlxalq layihənin iştirakçısı Aytən Fətdayeva Berlin Frei Universitetində bitkilərin molekulyar filogenetikası üzrə təşkil olunan ixtisas kursunda təlim keçir. O, “Pyrus L.” cinsi üzərində molekulyar səviyyədə elmi tədqiqat işlərini davam etdirir.
Tehsil-press.az