Azər Türk Bankda "Windows 10" əməliyyat sisteminin və "Microsoft Office 2016"nın tətbiqinə başlanılır

Azər Türk Bankda Yaxın günlərdə "Azər Türk Bank"da "Microsoft" korporasiyası tərəfindən təqdim olunan "Windows 10" əməliyyat sisteminin və "Microsoft Office 2016"nın tətbiqinə başlanılır.

Bankdan tehsil-press.az-a bildiriblər ki, bu məhsullar üzrə lisenziyaların satın alınması ilə bağlı proseslər başa çatıb. Qısa müddət ərzində bankın bütün kompyuterləri "Windows 10" əməliyyat sistemi və "Microsoft Office 2016" ilə təchiz olunacaq. Əməliyyat sisteminin tətbiqi "Microsoft"un ən yeni məhsullarından istifadə imkanı yaradacaq, operativliyi təmin edəcək, xidmətin keyfiyyətinin yüksəldilməsinə və məhsuldarlığın artırılmasına töhfə verəcək. "Windows 10" əməliyyat sistemi müasir dövr üçün ən aktual məsələlərdən olan informasiya təhlükəsizliyinin təmin edilməsi, bankın informasiya texnologiyaları infrastrukturunun standartlaşdırılması ilə bağlı üstünlükləri də özündə əks etdirir.


Tehsil-press.az

Oxşar xəbərlər