Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tərəfdaşlarından biri olan “Holcim Azərbaycan” şirkəti Memarlıq fakültəsinin dizayn ixtisasında təhsil alan tələbələri üçün müsabiqə elan edib.
“Holсim Azərbaycan”ın İnnovasiya Mərkəzi üçün “Ən yaxşı dizayn işi” müsabiqəsinə layihə 2D və ya 3D formatında təqdim edilməlidir. Müsabiqənin ümumi mükafat fondu 2000 manat nəzərdə tutulur. Müsabiqəyə qatılmaq üçün dizaynerlər yaradılmış forma vasitəsilə qeydiyyatdan keçməlidirlər. Fərdi və ya qrup şəkilində müsabiqədə iştirak etmək üçün 44 tələbə artıq qeydiyyatdan keçib.
Tələbələr əlavə sual və məlumat üçün Strateji planlaşdırma şöbəsinə müraciət edə bilərlər.
Tehsil-press.az