Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, “İstiqlal” ordenli, Xalq şairi Məmməd Arazın 90 illiyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.
Tədbirin moderatoru – BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu milli istiqlal şairlərimizdən biri kimi müasir ədəbi fikrin və milli azadlıq ideyalarının formalaşmasında Məmməd Arazın müstəsna xidmətlərindən söz açıb. Bildirilib ki, Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadıdır. O, mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb. Dərin məzmunlu, oxunaqlı şeirləri ilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Onun yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Ona görə də bu görkəmli şair milli azadlıq ideyalı əsərləri ilə xalqımızın yaddaşına əbədilik həkk olunub.
Şimali Kipr Türk Cümhuriyyətinin Lefke Avropa Universitetinin dosenti Nazim Muradov Xalq şairi Məmməd Araz yaradıcılığının nəinki Azərbaycan, ümumən türk xalqları ədəbiyyatının mühüm ədəbi-mədəni hadisəsi olduğunu diqqətə çatdırıb, ədibin “Dünya sənin, dünya mənim...” şeirinin dillər əzbərinə çevrilməsini şairin poeziyasının bənzərsiz özəlliklərə malik olması ilə əlaqələndirib. Qeyd olunub ki, torpağa bağlılıq, vətəndaşlıq, vətənpərvərlik mövzularına müraciət edən şairin şeirləri öz aktuallığını qoruyub saxlayır.
Filologiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Anar Fərəcov çağdaş ədəbiyyatımızın görkəmli siması Məmməd Araz yaradıcılığına Ümummilli Lider Heydər Əliyevin böyük diqqət göstərdiyini söyləyib. A.Fərəcov şairin vətənpərvərlik, doğma torpağa, təbiətə məhəbbət mövzularında şeirlərinin əhəmiyyətindən bəhs edib.
Tədbir çərçivəsində Məmməd Arazın əsərlərindən ibarət kitab sərgisi təşkil edilib, şairin ömür yolu ilə bağlı film nümayiş olunub. Filologiya fakültəsinin tələbələri – Səbinə Sadıqzadə, Nəzrin Aslanlı və Aysu Türkel şairin şeirlərini səsləndiriblər.
Tehsil-press.az