" DIL – karyeraya gedən yol " ümumrespublika müsabiqəsi

2015-ci il noyabrın 26-da Azərbaycan Dövlət Dəniz Akademiyasının akt zalında << DİL – karyeraya gedən yol >> ümumrespublika müsabiqəsi Dövlət himninin sədaları altında öz işinə başladı. Tədbiri giriş sözü açan ADDA – nın rektoru Çingiz Əliyev qonaqları salamlaşdıqdan sonar Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyilə Azərbaycan Dövlət Dəniz Akademiyasında keçirilən “ Dil – karyeraya gedən yol ” ümumrespublika ali məktəblərarası tələbə müsabiqəsinin mahiyyətindən danışdı və bu mötəbər yarışmaya ev sahibliyi etməkdən qürur duyduğunu bildirdi. Həmçinin artıq ikinci ildir ki, ADDA eyni adlı ümumrespublika ali məktəblərarası tələbə müsabiqəsinə ev sahibliyi etməsini diqqətə çatdırdı.
Rektor əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsi olaraq bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intelektual, dünyagörüşlü yeni nəslin yetişməsindən, bugünkü Azərbaycan gəncliyinin ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirilməsindən, onun bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin, təhsilin inkişafını, ölkəmizin siyasi, iqtisadi yüksəlişini, gənclərə olan diqqət və qayğısını dərin ehtiram hissi ilə xatırlamalarından, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verilməsindən, onların özlərini cəmiyyətdə təsdiq etməsində bu siyasətin mühüm rol oynamasından söz açdı.
Daha sonra tədbir iştirakçıları Azərbaycan Dövlət Dəniz Akademiyasının dünəni, bu günü və gələcək tarixinə qısa bir ekskurs etdilər. Monitorda ADDA-nın təhsil sahəsində qazandığı uğurlarla tanış oldular.
Mərasimdə o da bildirildi ki, ikinci il yenidən burada görüşməyin səbəbi “ Dil – karyeraya gedən yol ” mövzusunun aktuallığı və tələbə kontingenti arasında yüksək reytinq qazanması, respublika ali məktəblərinin bu müsabiqəyə çox böyük marağının olmasıdır ki, ADDA keçən ilkindən fərqli olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyilə bu müsabiqəni daha geniş miqyasda keçirməyi qərara alaraq respublika tələbə gənclərimiz üçün bu sahədə öz bilik və bacarıqlarını nümayiş etdirmək imkanı yaratdı. Məhz bunun nəticəsidir ki, keçən ilkindən fərqli olaraq builki müsabiqədə respublikamızın əksər ali məktəbləri iştirak edir.
Tədbirdə ötənilki qaliblərin adları da qeyd edilərək bildirilib ki, ötən il I yerin mükafatçısı Bakı Dövlət Universitetinin tələbəsi Sidiqə Xəlilova, II yerin qalibi Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin tələbəsi Albina Cahangirova, III yerin qalibi Azərbaycan Dövlət Akademiyasının tələbəsi Kamran Lətifov olmuşdur.

" DIL – karyeraya gedən yol " ümumrespublika müsabiqəsi

Tədbirdə çıxış edənlər tərəfindən ingilis dilinin əhəmiyyəti geniş şəkildə şərh edildi. DİL – karyeraya gedən yoldur və ingilis dilində mükəmməl danışmağı, öyrənmək həyatını dəyişmək üçün atdığın ən yaxşı addım ola bilər. Bu, bir həqiqətdir. Başqalarının əldə edə bilmədiyi məlumatları əldə etmək bacarığına malik olmaq, başqalarının ünsiyyət qura bilmədiyi maraqlı insanlarla yazışmaq və danışmaq imkan əldə etmək, yaxud hər dəfə
danışdığın zaman ətrafdakılarda qibtə hissi oyatmaq, eləcə də digərlərini kilometrlərlə arxada qoyaraq öz karyeranda böyük irəliləyişlər etmək nə qədər əsas və vacibdir.
Bütün bunları ingilis dilində yaxşı danışmaq bacarığını qazanmaqla əldə etmək olar.
Dünyada 1.500.000.000 insan ingiliscə danışır. Digər 1.000.000.000 insan bu dili öyrənir.
Dünyadakı məktub və açıqcaların 75%-i ingilis dilində yazılır.
Demək olar ki, bütün beynəlxalq görüşlər və yarışlar ingilis dilində keçirilir.
Müxtəlif ölkələrin diplomat və siyasətçiləri bir-birilə ünsiyyət qurmaq üçün ingilis dilində istifadə edir. İngilis dili BMT, NATO və AATA (Abstracts of international conversation literature) kimi təşkilatların başlıca ünsiyyət dilidir.
“ Əgər sən ingilis dilində ünsiyyət qurmağı bacarırsansa, deməli, bütün dünyadakı insanlarla əlaqə yarada bilərsən ” kimi fikirlər tədbir iştirakçılarının diqqətinə çatdırılmış və bu gün ingilis dilinin öyrənilməsinin vacibliyi gənclərə əyani şəkildə izah edilmişdir.
Mərasimdə o da vurğulandı ki, ADDA tələbələrinə, dənizçi olmaq istəyən hər bir gəncə də ingilis dilini bilmək olduqca vacibdir və bu dilə sahib olduğun zaman qarşısında sərhədsiz okeanlar, dənizlər qədər geniş üfüqlər açır. Bu gün Azərbaycan gəmilərinin beynəlxalq sularda üzməsi bu təlabatı birə beş artırır. Məhz bunun nəticəsidir ki, respublika ali məktəbləri arasında ilk dəfə ADDA-da bu ilin sentyabr ayından etibarən bütün birinci və ikinci kurslarda təhsil alan tələbələr və həmçinin işçilər üçün pulsuz həm ingilis, həm də rus dili fakültativ dərsləri təşkil olunub.
İngilis dilinə sahib olub karyerasını bu gəmilərdə quraraq beynəlxalq suları fəth etmək istəyən ADDA tələbələri hər bir respublika gəncini ingilis dilini öyrənməyə və gələcək karyerasını qurmaqda əzmli olmağa çağırır.
İlk gün davam edən tədbirin sonunda ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru Faiq Nağıyevin sədrliyi ilə fəaliyyət göstərən münsiflər heyəti tərəfindən “ Dil – karyeraya gedən yol ” ümumrespublika müsabiqəsinin 42 iştirakçısı arasında I yerin qalibi (1 dərəcəli diplom və noutbuk) Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Faiq Xasayev (Steps to business world with language), II yerin qalibi (II dərəcəli diplom və planşet) Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Səidə Mustafazadə (Education Employment) elan edildi. Digər iştirakçılara isə sertifikatlar təqdim olunmuşdur.

“TƏHSİL-PRESS.AZ”
INRORMASIYA AGENTLIYI


" DIL – karyeraya gedən yol " ümumrespublika müsabiqəsi

Oxşar xəbərlər