AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI Akademiya ali təhsilli mütəxəssis hazırlığını və həmkarlar ittifaqı kadr və fəallarının ixtisaslarının artırılması və yenidən hazırlanması vəzifəsini həyata keçirən müasir təhsil mərkəzidir.
Keçmiş SSRi-nin Həmkarlar İttifaqları Hərəkatı Ali Məktəbinin 1962-ci ildə Bakı Tədris - Məsləhət Məntəqəsi yaradılmışdır. Həmin məntəqə 1998-ci ildə Rusiya Federasiyası Əmək və Sosial Münasibətlər Akademiyasının Bakı Filialına çevrilmişdir. 2006-ci ildə isə filialın bazasında müstəqil ali təhsil müəssisəsi – Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası yaradıldı. Akademiya ali təhsilli mütəxəssis hazırlamaq üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, onun fəaliyyətinə Təhsil Nazirliyi tərəfindən lisenziya verilmişdir.

AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

600 nəfərə yaxın tələbənin təhsil aldığı akademiyada 70 nəfər professor-müəllim heyəti çalışır. Onların 31 nəfəri elmlər namizədi – dosent, 5 nəfəri elmlər doktoru, professordur. Akademiyanın əməkdaşları Təhsil Nazirliyi və Elmi Şura tərəfindən tövsiyyə olunan onlarca tədris proqramları, dərslik, dərs vəsaiti və metodiki tövsiyyələr hazırlamışlar.
XXI əsr bütün dünya ölkələrinin qlobal informasiyalaşdırılması və kompyüterləşdirilməsi əsridir. Daha doğrusu, biliklərə əsaslanan müasir cəmiyyətin inkişaf səviyyəsi kompüter texnikasından, informasiya və telekommunikasiya texnologiyalarından bütün sahələrdə geniş istifadə edilməsi ilə müəyyən olunur.
Elm və texnikanın sürətlə inkişafı hədsiz artan informasiya axınının işlənməsi, emal edilməsi və lazımi istiqamətlərə yönəldilməsini tələb edir. Bu mürəkkəb prosesləri arxivləşdirib saxlamaq, həyata keçirmək, istifadəsinə şərait yaratmaq və tədqiq etmək informatika elminin əsas vəzifəsidir. Başqa sözlə, informatika informasiyanın avtomatik işlənməsini texniki vasitə olan kompüterin köməyi ilə həyata keçirən elmdir. Elm Azərbaycan Respublikasında da informasiyalaşdırma prosesinin inkişafına böyük stimul verir. İnformasiyalaşdırma prosesi özü də tədris prosesində əsas obyekt olub, texniki vasitəyə çevrilmişdir.

AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

Hazırda müasir informasiya texnologiyalarının və telekommunikasiya vasitələrinin inkişafının, XX əsrin ən əhəmiyyətli nailiyyəti olan İnternetin Azərbaycan Respublikasının təhsil sisteminə geniş tətbiqi tələb olunur. Bu tətbiqdən irəli gələn tələbləri əsas götürərək bununla əlaqədar müvafiq işlərin Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkili və aparılması üçün 2003-2004-cü tədris ilindən “İnformasiya texnologiyaları və kompüter sistemləri” şöbəsi yaradılmışdır.
İKT-nin tədris prosesinə tətbiqi baxımından Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “İnformasiya texnologiyaları və kompüter sistemləri” şöbəsinin fəaliyyəti müvafiq işlərin təşkil edilməsi və aparılması məqsədini daşıyır. Buraya kompüter texnikası əsasında qurulan yeni informasiya texnologiyalarının mənimsənilməsi və onun imkanlarından istifadə olunması, təhsil siteminin səmərəli idarə olunmasının təmin edilməsi, beynəlxalq informasiya şəbəkəsi vasitəsi ilə dünya ölkələrinin təhsil müəssisələri ilə əlaqələrin yaradılması aiddir. Şöbənin nəzdində olan iki kompüter auditoriyası “İnformasika” fənninin tədrisi üçün nəzərdə tutulmuşdur. Bu auditoriyalarda kompüterlərin olması tədris prosesini xeyli canlandırır, tələbələrdə təhsilin və biliyin səviyyəsini yüksəldir, təhsildə idarəetmənin effektivlik və şəffaflığını artırır, müəllim və şagird arasında rahat ünsiyyət forması yaradır, ən əsası praktiki dərslərdə tələbələrin biliklərinin bacarıqlara çevrilməsinə kömək edir və ən zəif oxuyan tələbə də kompüterdən sərbəst formada istifadə etmək vərdişinə yiyələnir.

AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

Tədris proqramına uyğun olaraq informasiyanın ölçü vahidləri, kodlaşdırılması, say sistemləri, məntiq əməllərinə aid fərdi tapşırıqların işlənməsi, alqoritmin müxtəlif tiplərinə aid blok-sxemlərin kompüter qrafikasının köməyi ilə tərtibi, ixtisas yönümlü məsələləri EHM-də həll etmək üçün xüsusi proqramlaşdırma dilində proqramların tərtibi və işlənilməsi, Windows 7 əməliyyatı sistemində MS Word, MSExcel, MS Access tətbiqi proqramlarına aid praktik işlərin aparılması dərsləri daha maraqlı və başa düşülən edir. Təşəbbüskar tələbələri həvəsləndirmək, onların yaradıcılıq potensiallarını reallaşdırmaq və inkişaf etdirmək, daha geniş həcmli layihələrə cəlb etmək məqsədi ilə öz işlərini slaydlarla təqdim və müzakirə etmək üçün Power Point proqramından geniş istifadə edilir.
Tələbənin biliklərini düzgün qiymətləndirmək üçün praktik dərslərdə frontal sorğu ilə yanaşı, mövzular üzrə test tapşırıqlarının işlənilməsi də mütəmadi olaraq aparılır. Bu da tələbələrin dərsə marağını daha da artırır, materialların dərindən mənimsənilməsi üçün şərait yaradılır.

AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

İnformatika fənnindən xüsusi istedadları ilə seçilən, tədris proqramı ilə kifayətlənməyən, yeni texnologiyaların öyrənilməsinə və müasir proqramlarda müxtəlif layihələrin hazırlanmasına maraq göstərən tələbələrə daim qayğı göstərilir, onlara lazımi məsləhətlər verilir.
İnformatika auditoriyalarından tədrisi daha faydalı və zəngin etmək üçün stend, plakat və digər əyani vəsaitlərdən də istifadə edilir.
Ümumiyyətlə, təhsil cəmiyyətin əsas aparıcı qüvvəsi olmaqla müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın yaxşılaşdırılmasına, cəmiyyətin bütün üzvlərinin fiziki və mənəvi təkmilləşdirilməsinə, iqtisadi inkişafa dəstəkdir və həyat səviyyəsinin yüksəlməsinə birbaşa təsir edir. Buna görə də informasiya və kommunikasiya texnologiyalarından müasir tələblərə uyğun istifadə olunmasını təmin etmək məqsədəuyğundur.

AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

Bundan başqa, alim və mütəxəssislərimiz Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və digər qurumların sifarişi ilə bir sıra strateji əhəmiyyətə malik layihələrin reallaşdırılmasında, dayanıqlı və təhlükəsiz elektron dövlətin qurulmasında, elektron təsisatların yaradılmasında, milli informasiya təhlükəsizliyi sisteminin yaradılmasında, milli super kompüter mərkəzi və onun ümumrespublika infrastrukturunun formalaşdırılmasında, ölkənin efir məkanına onlayn monitorinqin həyata keçirilməsində, teleradio yayım infrastrukturunun dövlətin geosiyasi maraqlarına uyğunlaşdırılmasında, beynəlxalq telefon xidmətlərindən istifadə edən vətəndaşların istehlak hüquqlarının qorunmasına xidmət edən sistemin işlənib hazırlanmasında, digər mühüm dövlət əhəmiyyətli İKT layihələrinin həyata keçirilməsində bilavasitə iştirak edirlər. Bir sıra mühüm əhəmiyyət kəsb edən elmi-texnoloji tutumlu “Elektron imza və elektron sənəd”, ”Elektron ticarət”, “İnformasiya əldə etmək haqqında” və s. qanunların icrasını təmin edən texniki-iqtisadi mexanizmlərin işlənməsində də alim və mütəxəssislərimiz yaxından iştirak edirlər.

AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI

Oxşar xəbərlər