Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “UNEC Biznes Məktəbi”ndə Executive MBA (EMBA) proqramı fəaliyyətə başlayır.
UNEC-dən Tehsil-press.az-a verilən məlumata görə, dünya standartlarına uyğun təşkil olunacaq EMBA-da əmək bazarının tələblərinə cavab verən biznes təhsili həyata keçiriləcək. Artıq dünyanın nüfuzlu universitetlərinin təcrübəsi əsas götürülərək, tədris proqramı hazırlanıb.
Proqramın əsas məqsədi magistrların liderlik potensialını reallaşdırmağa kömək etməkdir. EMBA təhsil müddətində ali təhsilli ixtisaslı mütəxəssislərə öz rəhbərlik keyfiyyətinin yüksəldilməsinə, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin mənimsənilməsinə və peşəkarlıq səviyyəsinin davamlı olaraq artırılmasına, müasir biznes informasiyasının araşdırılmasına, analitik düşünmə və qərarvermə qabiliyyətinın inkişafına, biznes biliyi və etikası, təqdimat qabiliyyəti, vaxtın idarəedilməsi və sahibkarlıq məntiqinin formalaşdırılmasına şərait yaradacaq. Eyni zamanda magistrların əldə etdikləri bilik və bacarıqlar onlara peşəkar əlaqələr yaratmaqda və karyera yüksəlişinə nail olmağa geniş imkanlar açacaq.
Executive MBA proqramı magistrlara biznes funksiyaları üzrə ətraflı bilik verib, təşkilatı inkişafa nail olmaq üçün əsas bilikləri inkişaf etdirmək, hər hansı bazar dövriyyəsində nəticələri əldə etmək üçün yeni texnika və texnologiyaları öyrənmək, problemləri müəyyən edən əsaslı plan hazırlayıb, onların həlli üçün mümkün yolları tapmaq və dəyişikliklərə uyğunlaşmaq sahəsində faydalı olacaq. O cümlədən, magistrlar effektiv qərar vermə, inkişaf strategiyası və onun icrası üzrə strateji bacarıqların əldə olunması, çətin qlobal bazarlar qarşısında çox funksional təşəbbüslər və korporativ layihələrin idarə edilməsi üzrə bacarıqların artırılması, fərdi liderliyə xas bilik, bacarıq və baxışı əks etdirən şəxsi liderlik fəlsəfəsini inkişaf etdirə biləcəklər.
EMBA proqramı üzrə təhsil 2 il ərzində 6 modul olmaqla Avropa Kredit Transfer Sisteminə uyğun olaraq 76 kredit, ABŞ Kredit Sisteminə ekvivalent olaraq hesablandıqda isə 38 kreditlə tamamlanır. Hər modul 3 aydan bir 10 günlük müddətdə tədris ediləcək. EMBA-ya məhdud sayda tələbə qəbulu nəzərdə tutulub. Müəllimlər isə dünyanın tanınmış ali məktəblərindən cəlb ediləcək və tədris ingilis dilində aparılacaq. Proqram üzrə keyfiyyətli tədrisi təşkil etmək məqsədilə UNEC-də müasir standartlara uyğun auditoriyalar yaradılacaq.
2016-2017-cı tədris ilindən etibarən MBA Proqramında 5 yeni ixtisaslaşma üzrə də magistr hazırlığı aparılacaq. Onlar bank və sığortanın idarə edilməsi, səhiyyənin idarəedilməsi, idmanın idarəedilməsi, mühəndislik və idarəetmənin riskləri, turizm və hotelçiliyin idarəedilməsi ixtisaslarıdır.
Qeyd edək ki, UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürərək – tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif – elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb.
Tehsil-press.az