"İyulun 15-dən 16-na keçən gecə Türkiyədə 170 dinc sakin, 62 polis əməkdaşı və 5 hərbi qulluqçu həlak olub. Ümumilikdə ölkədə hərbi çevrilişə cəhd nəticəsində ölənlərin sayı 237 nəfərdir. İyulun 29-na olan məlumata görə, yaralıların rəsmi sayı isə 2 191 nəfər təşkil edir".
Tehsil-press.az Türkiyənin "Anadolu" agentliyinə istinadən məlumat verir ki, bu statistik rəqəmi ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beştəpədə konqres-mərkəzində çıxış edərkən səsləndirib. Türkiyə prezidenti şəhid ailələrinə baş sağlığını bildirib, yaralılara şəfa diləyib.
Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib.
Tehsil-press.az